“Qarabağda hələ də Ermənistanın mövcud rejimi və 200-dən artıq silah-sursatı qalıb. Rəsmi İrəvan da bunu dəstəkləyir”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TRT Haber”ə müsahibəsində deyib.
“Dünən onlar baş nazir təyin etdilər, bundan öncə seçkilər keçiriblər. Bu gün onlar minalarla həm mülki şəxslərə, həm də polislərimizə terror həyata keçirdilər. Artıq bəsdir. Onlar bizim dialoq çağırışlarımıza rədd cavabı verirdilər. Tədbirlərin əsas mahiyyəti qanunsuz rejimin silahlı qüvvələrin neytrallaşmasıdır. Bundan sonra sülh üçün fürsət yarana bilər. Amma bunun üçün mövcud rejim öncə özünü buraxmalıdır. Qarşıya qoyulan əsas məqsədə nail olunub. Bundan sonra əməliyyat nöqtə atışları ilə davam etdiriləcək. “, – ölkə liderinin köməkçisi bildirib.
Hikmət Hacıyev əlavə edib ki, antiterror əməliyyatının Ermənistan əraziləri ilə heç bir əlaqəsi yoxdur.
www.yenicag.az