Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri saxlanıldı

media-hightechnic-468x90

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumata görə, o, dövlətə xəyanətdə şübhəli bilinir. Bildirilib ki, sabiq sədr müvəqqəti saxlanılma təcridxanasına yerləşdirilib. Onunla yanaşı daha bir neçə nəfər saxlanılıb, lakin həmin şəxslərin adları açıqlanmır.

Qeyd edək ki, K.Məsimov yanvarın 5-də vəzifəsindən kənarlaşdırılmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa