İranın xarici işlər nazirindən etirazlarla bağlı açıqlama: "Müharibəyə də hazırıq, dialoqa da"

media-hightechnic-468x90

“Etirazlar ABŞ Prezidenti Trampın müdaxiləsinə bəhanə yaratmaq məqsədilə şiddətə və qanlı hadisələrə çevrilib”.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Araqçı ölkədə davam edən aksiyalarla bağlı danışarkən deyib.

XİN rəhbəri rəsmi Tehranın mövqeyini bu cür ifadə edib:

“Biz həm müharibəyə, həm də dialoqa hazırıq. Ölkədəki etirazlar kənardan idarə olunur və məqsəd Trampın proseslərə müdaxilə etməsi üçün zəmin hazırlamaqdır”.

Qeyd edək ki, dekabrın 28-dən etibarən İranın müxtəlif şəhərlərində başlayan nümayişlər ölkədəki kəskin iqtisadi böhrana etiraz olaraq alovlanıb. Hazırda aksiyalar daha da kəskinləşməkdə davam edir.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa