Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədri və Direktorlar Şurasının sədr müavini Aleksey Miller qəzaya düşüb.
Yenicag.az xəbər verir ki, hadisə Moskvanın Kaşirski şosesində qeydə alınıb.
Millerin nümayəndəsi Sergey Kupriyanov Rusiya mətbuatına açıqlamasında bildirib ki, qəza zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, Millerin içərisində olduğu maşın “Ostafyevo” hava limanından gələn zaman qəzaya düşüb.