!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələdə qətlə yetirilən qadının ərinin sevgilisi də saxlanıldı

!Reklam – Yazi

Qəbələdə qadının qətlinə görə daha bir şəxs tutulub.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 5 mart 2022-ci il tarixdə Aytac Əliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır.

İstintaqla 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyevanın zərərçəkmiş Aytac Əliyevanın əri ilə 6 ilə yaxın münasibətdə olduğunu, sonuncunun boşanaraq Rüfanə Nəbiyeva ilə ailə quracağına söz verməsinə baxmayaraq sözünə əməl etməməsinə, buna görə Aytac Əliyevanın ərinə guya xəyanət etmək məqsədi ilə evi tərk etməsi görüntüsü yaratmaq üçün rəfiqəsi Kemale Maksumbekova və sonuncunun 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə cinayət əlaqəsinə girib zərərçəkmiş şəxsin yaşadığı evə gələrək onu oğurlayıb Şəki şəhərində yaşadıqları evə aparılıb saxlanması barədə razılığa gəlməklə Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlamasına cəhd etməsinə, daha sonra isə Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüfanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29, 144.2.4 (adam oğurluğuna cəhd – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə – zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

COP29

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv