“Qələbə dairəsi” istiqamətində hərəkət məhdudiyyəti ləğv edildi

Noyabrın 20-21-də Bakının Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.

Yenicag.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir-tikinti işləri körpünün “Qələbə dairəsi” istiqaməti üzrə hərəkət hissəsində aparılıb.

Sürücüləryol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.