“Qərb dövlətləri Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən beynəlxalq münasibətlər üçün qəbuledilməz bəyanatlar, o cümlədən ultimatumlar verirlər.
Yenicag.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml rəsmisi vurğulayıb ki, bu cür təcrübələrə son qoyulmalıdır.
“Biz həm Amerika Birləşmiş Ştatlarından, həm də Gürcüstan rəhbərliyinə sözün əsl mənasında ultimatumların irəli sürüldüyü Avropa İttifaqından tamamilə mentorluq bəyanatları görürük”, – Peskov qeyd edib.
O əlavə edib ki, Rusiya qonşu ölkədəki vəziyyətə qarışmır, lakin Aİ ölkələri və ABŞ-nin Gürcüstanın rəsmi rəhbərliyinə ultimatumlar verməsindən narahatdır.
www.yenicag.az