QHT-lərlə görüşdə videoçarx və filmlərə baxış keçirilib

caf715bc-a61c-4432-a32d-96186a350685Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Video materialların ve elektron resursların ekspertizası üzrə Komissiyası üzvlərinin QHT-lərlə görüşü keçirilib.

Görüşdə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2016-cı il birinci və ikinci qrant müsabiqələrində qalib olan QHT-lərin həyata keçirdikləri layihələr çərçivəsində hazırlanan videomateriallarla bağlı Şuranın əsas tələblərindən və yol verilən qüsurlardan danışıb.

İcraçı direktor QHT-lərin çəkəcəyi videoçarx, film və digər bu kimi materialların yalnız peşəkar meyarlar əsasında hazırlanmasının zəruri olduğunu qeyd edib.

Görüşdə Komissiyaya daxil olan videomateriallara baxış keçirilib. Komissiya üzvləri, QHT rəhbərləri və ekspertlər Şuraya təqdim olunan videomateriallarla bağlı rəy və təkliflərini bildiriblər.
Toplantıda QHT-lərin həyata keçirdikləri layihələr çərçivəsində hazırladıqları videomateriallarla bağlı Komissiyanın tövsiyyələri çatdırlıb.