Yeni ilə ilk və son daxil olan ölkələr hansılardır? - 26 saatlıq FƏRQ

media-hightechnic-468x90

Yeni ilin müxtəlif ölkələrdə fərqli vaxtlarda qeyd olunması saat qurşaqları ilə bağlıdır.

Yenicag.az-ın araşdırmasına görə, dünya ölkələri Yeni ili fərqli vaxtlarda qarşılayır.

Sakit okeanda yerləşən Kiribati Respublikasının Kiritimati adası hər il dünyada Yeni ili ilk qarşılayan məkan olur. Ada UTC+14 saat qurşağında yerləşdiyi üçün digər ölkələrdən təxminən 14 saat irəlidədir. Buna görə də Yeni il məhz burada ilk saniyələrdə qeyd olunur.

Yeni ilə ən gec daxil olan ərazi isə ABŞ-yə məxsus Beykr və Houlənd adalarıdır. Bu adalar UTC−12 saat qurşağında yerləşir və Kiribatidən düz 26 saat geridə qalır. Nəticədə dünya Yeni ili qeyd etdikdən xeyli sonra burada Yeni il başlayır.

Eyni anda Yer kürəsinin bir hissəsi artıq yeni ili qeyd edərkən digər hissəsində hələ də köhnə ilin son günü yaşanır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa