Qırğızıstan bu ölkə vətəndaşlarına yeni qaydalar tətbiq etdi
Qırğızıstan Qazaxıstan vətəndaşları üçün yeni yaşayış qaydaları tətbiq edib.
Yenicag.az xəbər verir ki, 1 sentyabr 2025-ci il tarixindən etibarən Qazaxıstan Respublikası vətəndaşları ilk giriş tarixindən etibarən hər 180 gün üçün Qırğızıstan Respublikasında ümumilikdə 90 günə qədər qala bilərlər. Qazaxıstanlılar qaldıqları ilk 30 gün ərzində qeydiyyatdan azaddırlar. Bu müddətdən sonra qalmalar üçün qeydiyyat tələb olunur.












