Qırğızıstan prezidentinin korteji qəzaya düşdü - Ölən var

media-hightechnic-468x90

Qırğızıstan prezidenti Sadır Japarovun korteji qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkə başçısının mətbuat xidmət məlumat yayıb.

Məlumata əsasən, hadisə İssık-Kul ərazisində baş verib. Qəza nəticəsində prezident mühafizəsinin əməkdaşı həlak olub. S.Japarovun heç bir xəsarət almadığı bildirilib.

İnsidentə səbəb qarşıdan gələn minik avtomobilinin əks yola çıxaraq prezident mühafizəsi maşınına çırpılması olub.

Hazırda qəzanın təfərrüatları araşdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa