“Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edildi

media-hightechnic-468x90

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib.

Bu barədə Yenicag.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

“İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Türkmənistan Respublikasına yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda, cəmi 46 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib” – deyə, məlumatda qeyd edilib./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa