Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az xəbər verir ki, martın 18-də qızılın qiyməti martın 15-i ilə müqayisədə 3,009 manat artaraq 1 unsiya üçün 2209,813 manat təşkil edib.
Gümüş 0,0371 manat bahalaşaraq 1 unsiya üçün 25,999 manata bərabər olub.
Platinin qiyməti 1,394 manat azalaraq 1408,654 manat, palladiumun qiyməti isə 10,4125 manat artaraq 2631,8975 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/