Reklam: High Technic
hightechnic

“Qoca”nın 800 dollarından xəbər yoxdur - Fədayə Laçının məhkəməsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar – “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər – müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Əli Ağami və digər şəxslərin məhkəməsi keçirilib.

Yenciag.az xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi baş tutub.

Təqsirləndirilən Fuad Hacıyevin vəkili bildirib ki, G.Atakişiyeva saxlanılan zaman üzərində olan və müsadirə olunan 800 dollar pulun taleyi ilə bağlı cinayət işi materiallarında sənəd yoxdur.

G.Atakişiyeva deyib ki, həmin pul mərhum “Qoca” ləqəbli avtoritet Etibar Məmmədova məxsus olub.

Hakim bildirib ki, həmin pulun maddi sübut kimi tanınması barədə sənəd yoxdur.

F. Hacıyev bu faktla bağlı rüşvət almaqda ittiham olunur.

Vəkil əlavə edib ki, ittiham tərəfinin şahid kimi təqdim etdiyi şəxslərin bir neçəsi, yəni Etibar Məmmədovun etap olunduğu qatardakı digər dustaqlar dindirilməyib və onların məhkəmədə ifadə verməsini istəyib. Növbəti iclasda bununla bağlı yazılı vəsatət verəcəyini bildirib.

Buna görə də proses oktyabrın 15-də davam etdiriləcək./Qafqazinfo/

www.yenicag.az

1343