Qonşu ölkədə güclü zəlzələ

İranda 5,1 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Qoçan şəhərindən 43 kilometr şimal-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.