Qonşu ölkədə zəlzələ oldu

İranın paytaxtı Tehranda 3 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, yeraltı təkanların episentri Tehran şəhərinin Dəmavənd bölgəsində 8 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.