Qurbanov yeni AFFA rəhbərliyindən danışdı

media-hightechnic-468x90

AFFA-nın yeni rəhbərliyinə uğurlar arzulayıram. Hansısa qərarda gecikməməliyik.

Yenicag.az xəbər verir ki, bunları AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis ona etimad göstərdikləri üçün milli assosiasiyanın rəsmilərinə təşəkkür edib:

“Təkliflər müzakirə olunacaq. Bu gün üçün fikir bildirə bilmərəm. İcraiyyə Komitəsinin ilk görüşü formal xarakter daşıdı. Sonra ilk müzakirələr başlayacaq. Biz də toplantılarda öz fikirlərimizi bildirəcəyik. İmkan daxilində bunu edəcəyik. Sadəcə, hansısa qərarlarda gecikməməliyik. Millinin baş məşqçisi ilə bağlı isə müzakirə aparmamışam. Məncə, məsələ həll olunub. Bəzi detallar qalıb”./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600