“Ramin Yeraz”a hökm oxundu

media-hightechnic-468x90

Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə “Ramin yeraz” kimi qeydiyyatdan keçən, narkotik vasitələrin təbliğini edən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.İsmayılov 5 il müddətinə azadlıq məhrum edilib.

İttihama görə, R.İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinərək saxlanılıb. Axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, R.İsmayılov 2018-ci ildə dələduzluqda şübhəli bilinərək tutulub. O, sosial şəbəkələrdə “Ramin yeraz” adı ilə tanınan ifaçıdır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05