!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rauf Mirqədirova bu gün hökm oxunacaq

!Reklam – Yazi

b415f915d7cd9b7e224da1e812733e3bHəbsdə olan jurnalist Rauf Mirqədirova bu gün hökm oxunacaq.

R. Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi bu gün saat 11:00-a təyin edilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, dekabrın 25-də keçirilən proses zamanı R. Mirqədirov son söz deyib. O, ittiham üzrə özünü təqsirli bilmədiyini bildirib və məhkəmədən bəraət istəyib.

Bundan sonra hakimlər müşavirəyə gediblər.

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.(APA)

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv