1-3 İyul tarixlərində təhlükəli istilik dalğası gözlənilir
Belçika Krallıq Meteorologiya İnstitutu (RMI), 1-3 iyul tarixlərində ölkə üzrə temperaturun 35 dərəcəni keçərək təhlükəli səviyyələrə çatacağını bildirərək “narıncı alarm” verib.
Yenicag.az xəbər verir ki ,bu xəbərdarlıq Belçika’nın Avropa ümumi istilik dalğasının təsiri altına girməsi ilə əlaqədar edilib.
RMI-nin açıqlamasına görə, Belçika’nın qərb və mərkəzi bölgələrində temperatur 35 dərəcəni keçəcək, bəzi yerlərdə isə 36 və 37 dərəcəyə qədər yüksələcək.
Mütəxəssislər, xüsusilə yaşlılar, uşaqlar və ürək xəstəlikləri olan şəxslərə diqqətli olmalarını və açıq havada fəaliyyətlərini məhdudlaşdırmalarını tövsiyə edib. Həmçinin, vətəndaşlar, yüksək temperaturların təhlükəli nəticələr doğurmaması üçün tədbirli olmaları üçün xəbərdar edilib.
Belçikada bu səviyyədə alarm son dəfə 2024-cü ilin avqust ayında verilmişdi. 2020-ci ilin avqustunda isə “qırmızı alarm” elan edilmişdi.
İyul ayı üçün Belçikada ortalama gündəlik temperatur 23 dərəcə olduğu bildirilir. Lakin bu həftə temperatur rekord səviyyələrə çatmasa da, 5 gün ərzində 25 dərəcənin altına düşməyəcək və ən azı 3 gün 30 dərəcənin üstündə qalacaq.