!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionu fəlakətə sürükləyən İran: "Blinkenin İsrailə səfəri öncəsində yeni müharibəni istisna etməməsi..."

!Reklam – Yazi

“Bu gün İran “ərəb baharı” dövründəki ərəb coğrafiyasını xatırladır”.

Bunu İranda baş verən proseslər fonunda müharibə riskindən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, İranda baş verən hadisələr fonunda dünya ölkələrinin öz vətəndaşlarının təhlükəsizliyi üçün çağırışlar etməsi təbii haldır:

“Hazırda İranda tarixin ən gərgin dövrlərindən biri yaşanır. 1979-cu il İslam İnqilabından indiki dövrə qədər İranda belə hadisələr baş verməyib. Daxildə etirazların güclənməsi, terror hədələrinə adekvat cavab verilərək dronlarla hərbi obyektlərin vurulması, Azərbaycan səfirliyinə qarşı törədilən terror aktından sonra İranın olmayan nüfuzu daha da yoxa çıxdı.

Bu gün İran “ərəb baharı” dövründəki ərəb coğrafiyasını xatırladır. Bir çox kəşfiyyat mərkəzləri artıq İrandakı vəziyyətin məcradan çıxdığını yaxşı başa düşür. Bu baxımdan, ölkələr öz vətəndaşlarının təhlükəsizliyi üçün haqlı və labüd olaraq İranı tərk etməsi üçün çağırışlar edir. ABŞ dövlət katibi Blinkenin İsrailə səfəri öncəsində yeni müharibəni istisna etməməsi İrana qarşı yeni savaşın başlama ehtimalını yüksək tutur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv