Rəisi Ərdoğanla danışdı - Nəyi müzakirə etdilər?

media-hightechnic-468x90

Biz onda təkid edirik ki, region problemləri region ölkələrinin daxilində və regional dövlətlərin aktiv iştirakı ilə həll edilməlidir. Kənar müdaxiləyə heç bir ehtiyac yoxdur.

Yenicag.az “Mehr”ə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bugünkü telefon danışığında deyib.

“Terrorizmlə mübarizədə əsas vasitə ölkənin suverenliyinə hörmətdir. Biz ölkələrin terrorizmlə mübarizədə əməkdaşlığını alqışlayırıq”, – Rəisi deyib.

İkitərəfli iqtisadi əməkdaşlığa toxunan Rəisi əlavə edib ki, Tehranda gözlənilən birgə görüşdən sonra bu əməkdaşlıq yeni fazaya daxil olacaq.

Ərdoğan da təsdiqləyib ki, onun Tehrana səfərindən sonra ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyacaq.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600