Metroda interval azaldılacaq? - Rəsmi açıqlama
“İntervalın endirilməsi texniki prosesə çevrilib. Hazırda ən minimum intervalla hərəkətə keçilib”.
Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoloteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
“İçərişəhər dönmə kamerası da məhz intervalların azaldılmasına xidmət göstərəcək. Yaxın gələcəkdə bununla bağlı çox əhəmiyyətli işlərə başlanılacaq. Bu il ərzində “Xətlərin ayrılması” layihəsi üzrə prinsipial işlər həyata keçiriləcək. Növbəti il ərzində xətlərin fiziki olaraq tam ayrılması nəzərdə tutulur. Həmçinin, bu il ərzində iki elektrik yarımstansiyasının inşasına başlanılması planlaşdırılır”, – deyə o əlavə edib.












