!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Reket jurnalistikası"na açılan SAVAŞ: "Belə şəxslərə qarşı mübarizənin aparılması prosesində vətəndaş cəmiyyətinin..."

!Reklam – Yazi

“Cəmiyyət media adından istifadə edib dələduzluqla, reketçiliklə, böhtan və qarayaxma, feyk xəbərlərlə məşğul olanların öz mənafeyinə zidd olduğunu başa düşməlidir”.

Bunu mətbuatda reketçiliyə qarşı aparılan mübarizənin hazırkı vəziyyətindən danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, media resurslarından, yaxud jurnalist adından çirkin maraqlar üçün istifadə edənlər cəmiyyətə böyük ziyan vururlar:

“Onlarla belə vasitə var və belə halların qarşısının alınması üçün qanunvericiliyin cinayət və inzibati məcəlləsində müvafiq maddələr nəzərdə tutulub. Lakin bu müddəaların tətbiqi zamanı dələduzluq, yaxud reketçiliklə məşğul olan şəxslər, adətən, fəaliyyətlərini söz və fikir azadlığı ilə əlaqələndirərək bu prinsiplərin arxasında gizlənməyə çalışırlar.

İndiki şəraitdə belə şəxslərə qarşı mübarizənin aparılması prosesində vətəndaş cəmiyyətinin, ayrı-ayrı media institutlarının, həmçinin sadə vətəndaşların prinsipial mövqe nümayiş etdirməsi lazımdır. Media resurslarından, yaxud jurnalist adından çirkin maraqlar üçün istifadə edənlər cəmiyyətə böyük ziyan vurur.

Bəzən fərqli mənzərənin şahidi oluruq. Belə ki, ziyan çəkən insanların özləri belə konkret olaraq dələduzluq fəaliyyəti ilə məşğul olan qrupları ya müdafiə edir, yaxud da neytral mövqe sərgiləməyə çalışırlar. Nəticə etibarilə bu fəaliyyət həyata keçirilən hüquqi prosedurların üzərinə kölgə salınmasına xidmət edir. Cəmiyyət media adından istifadə edib dələduzluqla, reketçiliklə, böhtan və qarayaxma, feyk xəbərlərlə məşğul olanların öz mənafeyinə zidd olduğunu başa düşməlidir. Çünki medianın gözdən və nüfuzdan düşməsi, ilk növbədə, cəmiyyətin informasiya almaq imkanlarının məhdudlaşması deməkdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv