!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Bakı ilə Moskva arasında SİYASİ SÜRTÜŞMƏ: "Azərbaycan Putinin dediyi sözü qoyur Rusiyanın qabağına..." - Politoloq

!Reklam – Yazi

“Mən Rusiyanın öz mövcudluğunu uzatmaq, qanuniləşdirmək cəhdlərini soyuqqanlılıqla qarşılayıram və başa düşürəm ki, bu, mənasız bir şeydir”.

Bu fikirləri Rusiya ilə Azərbaycan arasında baş verən yumşaq “siyasi sürtüşmə”nin son nəticələri ilə bağlı mülahizələrini bölüşən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə Rusiyanın qeyri-adekvat davranışlarının səbəbinin rəsmi Bakının Moskvanın maraqlarına uymayan davranışlarından qaynaqlandığını bildirib:

“Mənə elə gəlir ki, heç də təhlükəli bir şey baş vermir. Rusiya Azərbacanı özünün diktə etdiyi şərtlərlə sülhməramlıların mandatı haqqında bir müqavilə imzalanmasını istəyir. Azərbaycan bunu istəmir. Azərbaycan sülhməramlıların üçtərəfli bəyanatda qeyd edildiyi kimi 5 il tamam olduqdan sonra çıxıb getməsini istəyir. Rusiya, həmçinin Azərbaycanın status haqqında danışıqlara başlamasını da istəyir, ancaq biz bunun əleyhinəyik. Bizi bunlara məcbur etmək üçün Ermənistandan Laçın dəhlizi ilə hərbçiləri daşıyır. Biz də bunları görür və onların mövqelərinə atəş açırıq. Buna görə də Rusiya bizə deyir ki, siz “Qarabağ hərbi qüvvələri”nə atəş açmısınız. Azərbaycan da Putinin dediyi “Qarabağ Azərbaycanın qanuni ərazisidir” sözünü qoyur qabaqlarına və soruşur: Bizim qanuni ərazimizdə yerli əhalinin haradan silahlı qüvvələri ola bilər? Bu, mümkün deyil”.

Politoloq Rusiyanın bu addımlarının nəticəsiz sonlanacağı qənaətində olduğunu vurğulayıb:

“Fərqli baxışlardır. Məlum məsələdir ki, noyabrın 9-dan 10-na keçən gecə İlham Əliyev Azərbaycan xalqına xəbər verəndə ki, bölgəyə rus sülhməramlıları gəlir, mən anladım ki, bu, belə olmalıdır. O biri tərəfdən də, bu, böyük bir faciə, fəlakət deyil. Gəliblər, gəliblər də. Azı 5 il, ya da 10 il oturub çıxıb gedərlər də. Əsas odur ki, Qarabağın əksər hissəsi bizdədir. Orada qalan 25-30 min erməninin nə gələcəyi var? Heç bir gələcəyi yoxdur. Ermənistan da Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasa, onun da gələcəyi yoxdur. Erməni xalqı oradan yavaş-yavaş çıxıb gedəcək.

Bütün bunları bilə-bilə mən Rusiyanın öz mövcudluğunu uzatmaq, qanuniləşdirmək cəhdlərini soyuqqanlılıqla qarşılayıram və başa düşürəm ki, bu, mənasız bir şeydir”.

Aqil Bəkir

www.yenicag.az

772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv