Rusiyanın Rostov vilayətində dəmir yolu və avtovağzallar öz işini adi qaydada bərpa edib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bilet satışı da hazırda qaydasına salınıb.
Bununla yanaşı, vilayətin yollarında tıxac olmadığı da vurğulanıb.
Xatırladaq ki, iyunun 24-ü “Vaqner” özəl hərbi şirkətin döyüşçülərinin Rostova gəlməsi və şirkətin sözügedən şəhərə hərbi texnika yeritməsi fonunda stansiyalarda həddindən artıq sıxlıq, yollarda isə uzun tıxaclar müşahidə edilib.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar apardıqdan sonra Priqojin “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib. Daha sonradan sözügedən qüvvələr Rostovu tərk edərək öz səhra düşərgələrinə yollanıblar.
www.yenicag.az