Ruhani Şərqi Azərbaycana səfər edəcək

İran prezidenti Həsən Ruhani noyabr ayının 27-də Şərqi Azərbaycan əyalətinə səfər edəcək.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, İranın prezident aparatından verilən məlumatda bildirilir ki, bu səfər noyabr ayının 25-də baş tutmalı idi, lakin prezidentin bacısının vəfatı ilə əlaqədar H.Ruhaninin Təbrizə olan səfəri çərşənbə gününədək təxirə düşüb.