“Rusiya beynəlxalq terrorizm əlamətlərinə malikdir”
Litva prezidenti Dalya Qribauskayte Rusiyanı beynəlxalq terrorizm əlamətlərinə malik olan dövlət adlandırıb.
Prezident NATO-unun birinci katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında jurnalistlər qarşısında növbəti dəfə Moskvanın kəskin tənqid atəşinə tutub.
“Dövlət ki, öz hərbçilərinə fərqlənmə nişanlarını çıxartmaq əmri verir və fərqləndirici nişanlarsız ordunu və ağır silahları daxil edir — belə dövlət beynəlxalq terrorizmin bütün əlamətlərinə malikdir. Bu haqda mən bunları deyə bilərəm”, — Qribauskayt bildirib.
Qeyd edək ki, Litva prezidenti dəfələrlə iddia edib ki, Ukraynada münaqişədə Rusiya qoşunları bilavasitə iştirak edir.
(anspress.com)