Rusiya FTX-sı Ukraynada qarət olunan əşyaları mənimsəyir – Hərbçinin ETİRAFI

media-hightechnic-468x90

Rusiya hərbçilərinin Ukraynanın işğal olunmuş ərazilərində qarət etdikləri qiymətli əşyalar əllərindən alınır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, rusiyalı hərbçilərdən biri telefon danışığında Ukraynada qarət etdikləri əşyaların Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən mənimsənildiyini deyib.

Hərbçinin sözlərinə görə, Ukraynada 63 ədəd son model “iPhone” telefonu ələ keçirsə də, həmin cihazları FTX əməkdaşları onun əlindən alıb.

Maraqlıdır ki, FTX işçiləri müsadirə etdikləri əşyaları dövlət qurumlarına təhvil verməli olsalar da, özlərinə götürürlər. Əvəzində isə qarətlə məşğul olan hərbçiləri cinayət məsuliyyətindən “qoruyurlar”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa