3×3 qadın basketbol yığmamız Dünya Kubokunda Çexiyaya qalib gəldi
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.
Yenicag.az-ın məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gəlib.
Görüş Azərbaycan millisinin 14:11 hesablı qələbəsi ilə başa çatıb.
Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 13:19.












