Zelenski: "Ukrayna Avropa ilə birgə yeni müdafiə sistemi hazırlayır"
Ballistik raketlər Ukrayna ilə müharibədə Rusiyanın son arqumenti olaraq qalır.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan NATO-nun Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Ballistik raketləri vurmaq xeyli çətindir, buna görə də Ukrayna hava hücumundan müdafiənin gücləndirilməsi üçün tərəfdaşlardan əlavə dəstək gözləyir”, — Ukrayna dövlət başçısı qeyd edib.
Zelenski əlavə edib ki, Ukrayna Avropa ilə öz anti-ballistik sisteminin yaradılması üzərində çalışır.













