!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə Ukrayna ANLAŞA BİLƏR? - "ABŞ hər vəchlə belə bir razılaşmanın olmasını əngəlləyəcəkdir"

!Reklam – Yazi

“Bu gün Azərbaycan Prezidenti Ukrayna ilə Rusiya arasında gərginliyin azaldılması üçün diplomatik fəaliyyət göstərir”.

Bu fikirləri prezident İlham Əliyevin Ukrayna səfəri, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözügedən səfərlə bağlı açıqlamasını şərh edən beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Teymur Qasımlı Azərbaycan və Türkiyənin vasitəçiliyi ilə Putinlə Zelenski arasında şərtlərin müəyyənləşədirilə biləcəyini, lakin məsələnin rəsmiyyətə daşınmasının ABŞ tərəfindən əngəllənəcəyini qeyd edib:

“Rusiya ilə Ukrayna arasındakı gərginlik Azərbaycana sərf etmir. Bizdən artıq mövqe ortaya qoymağımızı istəyirlər. Ötən il təşkil edilən Krım platformasında iştirak etməmək üçün Rusiyanın təzyiqi məsələsi var idi. O dönəmin şərtlərinə görə platformada iştirak etmədik. Hazırda bizim də manevr imkanımız qalmayıb. Artıq tərəf seçməliyik. Bu baxımdan, Azərbaycan Prezidentinin Ukrayna səfəri yerində atılmış addım idi. Ukrayna Birinci Qarabağ müharibəsində açıq dəstəyini ifadə etməsə də, Ukrayna əsilli zabitlər ərazi bütövlüyümüz uğrunda şəhid olublar. Hazırda Ukraynada da döyüşən Azərbaycan soylu insanlar var.

Ukrayna buna qədər ərazi bütövlüyümüzü dəstəkləsə də, Ermənistanla da münasibətlər qurub. Ancaq 2014-cü ildə Krımın işğalından sonra siyasətini dəyişdi və açıq şəkildə Azərbaycana dəstək verməyə başladı, İkinci Qarabağ müharibəsində də dövlət maraqları çərçivəsində yanımızda durdu. Çünki onların da başına gəldi. Ərazisi işğal olundu, üstəgəl, iki dənə də oyuncaq qurum yaradıldı.

Bu gün Azərbaycan Prezidenti Ukrayna ilə Rusiya arasında gərginliyin azaldılması üçün diplomatik fəaliyyət göstərir. Türkiyə rusların təyyarəsini vurduğu zaman da belə bir hal yaşanmışdı.

Düşünürəm ki, İlham Əliyevin iki ölkə arasındakı gərginliyi azaltmaq üçün göstərdiyi səy işə yaraya bilər. Belə ki, Putin və Zelenski tərəfindən irəli sürülən şərtlər müəyyənləşdirilə bilər.

Türkiyə məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, bu ölkənin Ukrayna ilə münasibətləri hər keçən gün yeni müstəviyə daşınır. Ukrayna Türkiyənin müdafiə sənayesinin inkişafını dəstəkləyir, silahlar, dronlar alır. Rusiya da bundan bərk narahatdır. Buna görə də Türkiyə teflon diplomatiyası aparıb. Ancaq bir nəticə əldə edilibmi? Xeyr. Çünki Türkiyə açıq şəkildə Ukraynanı dəstəkləyir, Krımın işğalı ilə barışmayacaqlarını bildirir. Azərbaycan və Türkiyə liderlərinin gərginliyi azaltmaq üçün atdıqları addımların nəticəliliyinə şübhə ilə yanaşıram. Bu bir az müşküldür.

Bu məsələdə Vaşinqton amilini də unutmaq olmaz. ABŞ hər vəchlə belə bir razılaşmanın olmasını əngəlləyəcəkdir”.

Aqil Bəkir

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv