!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya Moldovanı Qərbə güzəştə getdi” – İDDİA

!Reklam – Yazi

“ABŞ-dəki seçkilərdə Donald Trampın öndə olması da Rusiyanı bir qədər rahatlatdı”.

Bu fikri Gürcüstan və Moldovada keçirilən seçkilərdə Qərb və Rusiya qarşıdurmasını Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Rusiya Moldovanı Qərbə güzəştə getdi:

“Gürcüstanda və Moldovada seçkilərin ayrı-ayrı istiqamətdə getməsi gözlənilən idi. Rusiya dəfələrlə Moldovanın ona qarşı davranışlarına cavab olaraq bəyanatlar vermişdi. Moldovanın Rusiyanın təsiri altına keçmək imkanları böyük idi. Çünki seçkilərdə iştirak edən alternativ namizədlər Rusiyayönlü adamlar idi. Moldova Avropanın bir hissədir və Rusiya sanki Qərbi qıcıqlandırmaq istəmədi. Gürcüstandakı seçkinin nəticəsindən sonra Rusiya Moldova məsələsində bir qədər fərqli davrandı”.

“Gürcüstan ABŞ-dən uzaq yerdir və Cənubi Qafqazda yerləşir. Gürcüstana Avropanın bir hissəsi kimi baxırlar, ancaq Moldova Avropadır. Bundan əlavə, ABŞ-dəki seçkilərdə Donald Trampın öndə olması da Rusiyanı bir qədər rahatlatdı. Kamala Harris uduzmaq üçün demək olar ki, hər şey etdi. Ona görə də Rusiya Moldova məsələsində aqressiv daranmadı”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv