Rusiya qırıcıları Hələbi bombaladı, 18 dinc sakin öldü

media-hightechnic-468x90

138916_res_01Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın Hələb şəhəri və ətraf əraziləri bombalaması nəticəsində 18 dinc sakin ölüb, 13-ü isə yaralanıb.

Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hələbin qərbində yerləşən Etraib rayonunun mülki müdafiə məsələləri üzrə məsulu İbrahim Əbu Leysin sözlərinə görə, Rusiya qırıcılarının mülki müdafiə mərkəzlərini bombalaması nəticəsində qurumun 5 əməkdaşı ölüb, 3-ü isə yaralanıb: “Ruslar sadəcə qırıcılarla deyil, ballistik raketlərlə də mərkəzlərə hücum ediblər”.

“Rusiyanın döyüş təyyarələri Firdevs, Hayderiye və Şear rayonlarını bombalaması nəticəsində 13 dinc sakin həyatını itirib, 10-u isə yaralanıb”, – məlumatda bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600