Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib

media-hightechnic-468x90

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın cənub regionlarına növbəti hücumları nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

media-banner_tuq

Bu barədə Yenicag.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, Xerson vilayətinə zərbələr nəticəsində 1 nəfər ölüb və 4 nəfər yaralanıb.

Onun sözlərinə görə, zərbələr yaşayış məntəqələrinə endirilib, dağıntılarla bağlı təfərrüatlar dəqiqləşdirilir.

Həmçinin Zaporojye vilayəti də kütləvi hücuma məruz qalıb. Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, sutka ərzində Rusiya qoşunları vilayətin 41 yaşayış məntəqəsinə 655 zərbə endirib.

“Düşmənin Poloqı və Zaporojye rayonlarına hücumları nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb”, – o öz teleqram kanalında yazıb./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05