Rusiyada GƏRGİNLİK: Etirazçılarla "OMON" arasında TOQQUŞMA BAŞ VERDİ - VİDEO

media-hightechnic-468x90

Başqırdıstanda etirazçılarla “OMON” arasında toqquşma baş verib.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Başqırdıstanın Baymak şəhərində Kuştau dağının mühafizəsi hərəkatının fəalı Fail Alsınov ekstremizm ittihamı ilə mühakimə olunub və 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökm qərarına bir neçə min adam gəlib.

Müstəntiqlərin bildirdiyinə görə, aprel ayında etiraz aksiyalarının birində Alsınov başqırd dilində danışıb. O, mədənlərdə işləyən miqrantlara qarşı çıxış edib. Ekspertlər onun ifadələrində nifrətin qızışdırılması əlamətləri aşkar ediblər.

Çevik qüvvət polisi kütləni geri itələmək üçün dəyənəklərdən istifadə edib, kütləyə tüstü bombaları atıb. Yerli sakinlər bildirirlər ki, WhatsApp bölgədə bloklanıb.

Xuraman Etibarlı

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600