Rusiyada "Hakimiyyət savaşı" pik həddə: Ukrayna məğlubiyyəti Kremlin sonunu gətirir?

media-hightechnic-468x90

“The Telegraph” qəzeti Rusiyanın Ukrayna cəbhəsində son vaxtlar ağır məğlubiyyətlərə uğradığı, Ukrayna ordusunun son aylarda daha çox ərazini azad etməyə nail olduğu barədə məqalə dərc edib.

Uzun illər Rusiyada yaşamış politoloq Fuad Abbasov Yenicag.az-a verdiyi açıqlamada bu ölkədə xalq arasında hökumətə qarşı ciddi etiraz dalğasının formalaşdığını və hakimiyyət dəyişikliyi üçün daxili planların qurulduğunu bildirib:

“‘The Telegraph” qəzetinin müxtəlif xüsusi xidmət orqanlarına istinadən Rusiyanın zəifləməsi barədə məlumat yayması gözləniləndir. 2014-cü ildəki Krım kampaniyasından bəri Qərb dünyası Rusiya ilə həm informasiya, həm iqtisadi, həm də hərbi müstəvidə mübarizə aparır. Real faktlara nəzər salsaq, görərik ki, Rusiya iqtisadiyyatı ciddi geriləmə yaşayır. Orada yaşayan həmyerlilərimizdən gələn xəbərlər də təsdiq edir ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, sosial narazılıq artıb. Bütün bunlar Rusiyanın Ukrayna kampaniyasının perspektivsiz olduğunu bir daha sübut edir.

Yeltsin dövründən bu yana davam edən idarəetmə modelinin yaratdığı böhranın tək çıxış yolu hakimiyyət dəyişikliyidir. Bir çox analitiklər bu prosesin Sergey Şoyqu və ya Nikolay Patruşev vasitəsilə həyata keçirilə biləcəyi barədə ssenarilər üzərində dayanırlar. Lakin Putinin öz hakimiyyətini qorumaq üçün güc tətbiqi də daxil olmaqla, hər cür vasitəyə əl atacağı da real görünür”.

Politoloq Qərbin Rusiyanı iqtisadi cəhətdən çökdürmək üçün bir neçə ssenari üzərində işlədiyini iddia edib:

“Qərb dünyası Rusiyanın mövcud vəziyyətindən maksimum istifadə edəcək. İlkin plan sanksiyalar vasitəsilə ölkə iqtisadiyyatını zəiflətmək və Ukrayna cəbhəsində qələbə qazanmaqdır. Ukrayna ordusunun son zamanlar apardığı dəqiq əməliyyatlar, xüsusilə yüksək texnologiyalı dronlardan istifadə öz nəticəsini verir. Ukraynanın ucuz vasitələrlə Rusiyanın milyardlıq hərbi texnikasını məhv etməsinin şahidi oluruq.

Trampın ABŞ-da müharibənin Rusiya lehinə nəticələnə biləcəyi ilə bağlı açıqlamalarına rəğmən, cəbhədə fərqli mənzərə yaranıb. Hazırda bir neçə əsas ssenari mümkündür: Ukraynanın hərbi və informasiya dəstəyini artırmaqla müqaviməti gücləndirmək və eyni zamanda Rusiyanı diplomatik təzyiq altında saxlayaraq onu cəbhədə geri addım atmağa məcbur etmək”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05