Rusiyadan ABŞ-la bağlı yeni iddia

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Suriyadakı 750-yə qədər keçmiş İŞİD və Nüsra cəbhəsinin üzvünə təlim keçdiyini iddia edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik ABŞ-ın Haseke bölgəsində yerləşən qaçqın düşərgəsində “yeni Suriya ordusu” yaratmaq üçün fəaliyyətə başladığını açıqlayıb:

“ABŞ İŞİD-i məhv etməkdə qərarlı olduğunu bildirir, amma koalisiya Suriyadakı terrorçularla əməkdaşlıq etməyə davam edir. Hal-hazırda onlar müxtəlif terror qruplaşmalarının üzvlərini toplayaraq, onlara təlim keçirlər. Təlim bitdikdən sonra terrorçular Suriyanın hökumət qüvvələri ilə döyüşmək üçün ölkənin cənubuna göndəriləcək”.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Mattis bu gün verdiyi açıqlamada hələ də İŞİD-in kökünün kəsilmədiyini söyləyib. Rusiyanın bu iddiası isə ABŞ-la bağlı şübhələri daha da artırıb.

COP29