Xarkovdan çəkilən Rusiya Ukraynanı növbəti dəfə raket zərəbələrinə məruz qoyub.
Yenicag.az xəbər verir ki, bugünkü hücumlar zamanı Rusiya Ukraynanın qaz istehsal müəssələrini hədəfə alıb.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmihal “Telegram” kanalında məlumat paylaşıb.
Rusiya bu gün Ukraynanın cənubundakı Odessa vilayətinə və Dnepr şəhərinə zərbələr endirib.
İddia edilir ki, Rusiya Xarkovdan çıxdıqdan sonra Odessa vilayətini və Dnepr şəhərini ələ keçirməyi planlayır.
www.yenicag.az