Rusiyaya məxsus An-26 təyyarəsi qəzaya uğradı

media-hightechnic-468x90

Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus An-26 təyyarəsi Voronej vilayətində qəzaya uğrayıb, ekipaj üzvləri həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Qərb Hərbi Dairəsinin (ZVO) mətbuat xidmətindən məlumat verilib.

“Fevralın 24-də Voronej vilayətində hərbi texnikanın daşınması üçün planlaşdırılmış uçuş zamanı Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus An-26 təyyarəsi qəzaya uğrayıb. Ekipaj həlak olub. Yerdə heç bir dağıntı yoxdur. İlkin məlumata görə, qəzaya səbəb avadanlığın sıradan çıxması olub”, – mətbuat xidmətindən bildirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa