Qarabağdakı rus sülhməramlılarının yeni rəhbəri, general-polkovnik Aleksandr Lentsov dinc azərbaycanlıları qətlə yetirib.
Yenicag.az xəbər verir ki, bu iddia ilə “AZfront” Teleqram kanalı çıxış edib.
Lentsovun Çeçenistan, Suriya, Cənubi Osetiya və Ukraynada döyüş əməliyyatlarında iştirakı ilə tanındığını xatırladan kanal Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytına istinadla yazır:
“Aleksandr Lentsov 1989-cu ildə M.V.Frunze adına Hərbi Akademiyasını bitirdikdən sonra Hərbi Hava Qüvvələrində alay qərargah rəisi, alay komandiri, müavini və bölmə komandiri vəzifələrində xidmət edib.
1990-cı ildə Lentsov SSRİ Silahlı Qüvvələrinin 98-ci diviziyasına daxil olan 331-ci qvardiya hava-desant alayının komandiri olub. Həmin ilin yanvarında bu diviziya Bakının və Azərbaycanın digər rayonlarının dinc əhalisinin qırğınında iştirak edib”.
“AZfront” daha sonra qeyd edir ki, Bakıdakı qırğının qisası gec də olsa, alınıb:
“Rusiya xüsusi təyinatlılarının elit briqadası Ukraynada demək olar ki, tamamilə məhv edilib”.
www.yenicag.az