Rüstəm Muradov erməni girovluğunda olan əsgərimizlə görüşüb – FOTO

media-hightechnic-468x90

Qarabağdakı Rusiya hərbi kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov ermənilərin girov götürdüyü azərbaycanlı hərbçi Cəmil Babayevə baş çəkib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Muradov azərbaycanlı hərbçi ilə görüşdə onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb.

Qeyd olunur ki, Babayevin xahişi əsasında ona ailəsi ilə əlaqə saxlamaq imkanı yaradılacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edərək Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600