!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rüşvətə “qarşı” olan icra başçısının həbs müddəti artırıldı

!Reklam – Yazi

Binəqədi Rayon Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyəti sabiq başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin müddətinni uzadılması ilə bağlı təqdimata bxılıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesəd qərar elan edilib. Qərara əsasən, C.Cəfərovun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin icra başçısı C.Cəfərov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov avqustun 19-daBaş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

Xatırladaq ki, C.Cəfərov həbsindən əvvəl keçirdiyi konfransda rüşvətə qarşı olduğunu deyərək, tabeliyindəki rüşvət alan məmurlardan bunun tamamilə yığışdırılmasını istəmişdi: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən icra başçıları həbs olunub. Mən istəməzdim bizim rayonumuzda da belə hallar baş versin”, – deyə o, çıxışında bildirmişdi.

www.yenicag.az

738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv