!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusyönümlü eks-prezident belə saxlanıldı - VİDEO

!Reklam – Yazi

Moldovanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu və İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları iş adamı Vladimir Plahotnyukdan rüşvət almaqda şübhəli bilinən ölkənin eks-prezidenti İqor Dodonun evində axtarış aparırlar.

Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, 2020-ci ildə keçmiş deputat Yuri Renita o vaxtkı prezident Dodonun Demokratlar Partiyasının lideri Vladimir Plahotnyuk və onun müavini Sergey Yaralovla görüşdüyü videosunu yayımlayıb. Məlumata görə, Dodonun Plahotnyukdan aldığı paketin içində külli miqdarda pul olub. Görüş 2019-cu ilin iyununda baş tutub, bir neçə gün sonra Plahotnyuk ölkəni tərk edib.

Həmin vaxt Antikorrupsiya Prokurorluğu cinayət işi başlamaqdan imtina edib. Səbəb kimi isə cinayət faktının aşkar olmadığı bildirilib. Ancaq 17 may 2022-ci ildə Apellyasiya Palatası prokurorluğun bu qərarını ləğv edib.

***

İqor Dodonun 72 saat müddətinə saxlanıldığı barədə məlumat təsdiqlənib.

Bu barədə Antikorrupsiya Prokurorluğunun rəhbərinin səlahiyyətlərini icra edən Yelena Kazakova deyib.

“Antikorrupsiya mərkəzi və TX 10 axtarış aparıb: passiv korrupsiya, partiyaların qanunsuz maliyələşməsi, həmçinin dövlətə xəyanət kimi şübhələr var. Axtarışların nəticəsi olaraq 2 nəfər 72 saatlıq saxlanılıb”. – o deyib.

www.yenicag.az

920
Ads
www.veteninfo.com
!Reklam – Arxiv