Konqresdə 8,5 saat çıxış etdi: Yeni rekord
ABŞ Nümayəndələr Palatasında Azlıqların Lideri Hakim Cefris kürsüdə 8,5 saatdan çox danışaraq ən uzun nitq üzrə yeni rekorda imza atıb.
Yenicag.az xəbər verir ki, onun çıxışı ABŞ prezidenti Donald Trampın vergi və dövlət xərcləri haqqında qanun layihəsinə qarşı yönəlib.
Cefris fraksiya liderlərinə vaxt məhdudiyyəti olmadan danışmağa imkan verən “sehrli dəqiqə” prosedurundan yararlanıb. Əvvəlki rekord Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkartiyə məxsus idi (8 saat 32 dəqiqə) və bu, 2021-ci ildə baş tutmuşdu
Cefrisin çıxışı Trampın federal xərclərin azaldılmasını, hərbi büdcənin artırılmasını və Trampın ilk prezidentlik dövründən vergi güzəştlərinin saxlanılmasını nəzərdə tutan qanun layihəsinə reaksiya olub. Sənəd həmçinin ABŞ-ın borc tavanının 5 trilyon dollar artırılmasını təklif edir və 10 il ərzində dövlət borcunun 3,3 trilyon dollar artmasına səbəb ola bilər./Unikal/