Ruttenin müavini Azərbaycana gəlir

media-hightechnic-468x90

NATO baş katibinin müavini Radmila Şekerinska yanvarın 21-də Azərbaycana səfər edəcək.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun rəsmi səhifəsində məlumat verilib.

Bildirilib ki, Baş katibin müavini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşəcək.

Bundan əlavə, Radmila Şekerinska beyin mərkəzlərinin nümayəndələri, eləcə də NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirləri ilə də görüşlər keçirəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa