Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Rza Zərrab əməliyyatında ABŞ-ın hədəfi Xamneyidir, Ərdoğan deyil” – Aqil Ələsgər

 

12743846_10207502369310124_3688424442628417102_nAzərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın ABŞ-da həbsi ciddi müzakirə mövzusudur. Bu həbsin Türkiyədə 17-25 dekabr 2013-cü il əməliyyatlarının davamı olduğu və Ərdoğana qarşı ABŞ-ın bir planı olduğu bildirilir. Fəqət araşdırmaçı yazar Aqil Ələsgər fərqli düşünür. Onun sözlərinə görə, bu məsələdə əsl hədəf ABŞ-Türkiyə deyil, ABŞ-İran münasibətləridir.

A.Ələsgər məsələni belə şərh edib: “Neçə gündür İran vətəndaşı Rza Zərrabın ABŞ-da həbsindən danışılır, hətta Ərdoğanı artıq “həbs edənlər” belə var, Rza müəllimin Azərbaycandakı obyektlərinə həbs qoyulacağını deyənlər də… Bir məsələnin bilinməsi lazımdır ki, Rza Zərrabın həbsindəki əsl hədəf İran İnqilabı Keşikçilərini ABŞ-ın qoyduğu embarqonu dələn iqtisadi qrup qurduğu üçün iqtisadi terror təşkilatlar qrupuna salmaq və dolayısı ilə ABŞ-İran münasibətlərini hər an poza biləcək ayətullah Xameneyini neytrallaşdırmaqdır. Çünki ABŞ Ruhani ilə anlaşsa da, hələ də Xameneyi bu məsələdə son sözünü deməyib və ABŞ-İran əlaqələrində baş təhdid olaraq qalır. Rza Zərrab hər nə qədər Əhmədinejatın adamı kimi görünsə də, arxasındakı əsas gücün İranın ali dini rəhbəri olduğunu və gücünü “Sepah-e Pasdaran-e Enghelab-e Eslami”dən, yəni İran İnqilabı Keşikçilərindən aldığını, bunun üçün istənilən ölkədə önünün açıq olduğunu bilən bilir. Prokuror Bhararanı da Zərrabın hansı ölkədə kimə nə rüşvət verdiyi deyil, məhz İranla olan özəl bağları maraqlandıracaq və 75 illik həbsdən xilas olması üçün əməkdaşlıq olacaqsa da, bununla bağlı olacaq”.

Yenicag.az

www.yenicag.az

400