Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Saahın hava proqnozu - Güclü külək, yağış...

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 29-da arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Loading...

www.yenicag.az

3532
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100