Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, geomaqnit sahəsinin aktivliyi 5 oktyabrda fasilələrlə G1 səviyyəsinə kimi yüksəlib və qısamüddətli geomaqnit qasırğası baş verib.
Hazırda Kp indeksi 1.3 -ə bərabərdir, kosmik hava sakitdir.
9-15 oktyabr tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin də fon səviyyəsində qalacağı gözlənilsə də, Tac dəliklərinin radiasiya qurşaqlarına təsiri ehtimalı da istisna olunmur.
Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.
Geomaqnit sahəsinin də mənfi qütblü Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 11-14 oktyabr tarixlərində qeyri-sabit olacağı gözlənilir./Qafqazinfo.az
www.yenicag.az