Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabah hava necə olacaq?

yaz havasiMartın 10-da Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə, 12-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava”>havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 5-10, gündüz 15-20, dağlarda 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı ehtimal edilir.

www.yenicag.az

291